Polşa millisi ciddi itki ilə üzləşib
AVRO 2024-də iştirak edəcək Polşa milli komandasında Arkadiuş Milik zədə səbəbindən heyətdən çıxarılıb
Sportline.az xəbər verir ki, bu barədə millinin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı hücumçu bu mövsüm "Yuventus"un heyətində 36 oyunda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 2012-ci ildən Polşa millisinə dəvət alan təcrübəli hücumçu "qırmızı-ağlar"la çıxdığı 73 oyunda 17 qol vurub.