Polşa millisinə Levandovskidən pis xəbər gəldi

Ötən gün Türkiyə millisi ilə keçirilən yoldaşlıq oyununda zədələnən Levandovskinin son durumu bəlli olub.

Sportline.az xəbər verir ki, ulduz futbolçu Polşa seçməsinin AVRO 2024-də oynayacağı ilk matçı buraxacaq.

Polşa turnirdə ilk oyununu D qrupunda Niderlanda qarşı keçirəcək.

Qeyd edək ki, bu mövsüm "Barselona"nın heyətində 49 oyuna çıxan 35 yaşlı hücumçu bu görüşlərdə 26 qol və 9 asistlə yadda qalıb.