Poqba İspaniya klubuna keçdi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın böyük qardaşı Matia Poqba komandasını dəyişib.

Sportline.az xəbər verir ki, 28 yaşlı futbolçu Fransanın 3-cü divizion təmsilçisi "Tur"dan İspaniyanın 4-cü divizionunda çıxış edən "Mançeqo Syudad Real"a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Mançester Yunayted"dən ayrılmaq istəyən Pol Poqbanın isə İpaniya nəhəngi "Real"a keçəcəyi gözlənilir.