Poqrebnyak: "Düşünürəm ki, mən lazımsız məşqçiyəm"

Rusiya millisinin keçmiş forvardı Pavel Poqrebnyak gələcək planlarından danışıb.

Sportline.az xəbər verir ki, Pavel bu barədə "RB Sport"a açıqlama verib.

"Məşqçi olmaq? Düşünürəm ki, mən lazımsız məşqçi olaram. Mən hazırda Media Liqası barədə düşünürəm".

Qeyd edək ki, Poqrebnyak peşəkar karyerasında “Dinamo”, “Ridinq”, “Fulhem”, “Ştutqart”, “Zenit” kimi klublarda da çıxış edib. O, hazırda Media Liqasında "Pure Peter" komandasında çıxış edir.