"Portu" yeni baş məşqçisini açıqladı

"Portu"nun yeni baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, Portuqaliya təmsilçisi Françesko Farioliyə həvalə olunub.

Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.

36 yaşlı mütəxəssislə 2027-ci ilin iyulunadək müqavilə bağlanılıb.

İtaliyalı məşqçi ötən mövsüm "Ayaks"la Niderland çempionatının gümüş medallarını qazanmışdı.