"Portu"dan "Atletiko"ya

"Atletiko" heyətinə yeni futbolçu cəlb edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Portu"dan Felipe Monteyronu alıb.

30 yaşlı müdafiəçi ilə bu gün 3 illik müqavilə imzalanacağı bildirilib. "Atletiko" bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəyib.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2016-cı ildə "Korintians"dan "Portu"ya keçmişdi.