Portuqaliya Futbol Federassiyası türkiyəli hakimlər üçün dəvət məktubu göndərib
Portuqaliya Futbol Federassiyası türkiyəli hakimləri liqa oyunlarını idarə etmək üçün dəvət edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, hakimlərə göndərilən məktubda Portuqaliya liqasında oyunları idarə edə biləcəkləri barədə məlumat verilib. Portuqaliya Futbol Federasiyasıın göndərdiyi məktubda: "Biz türkiyəli hakimlərə oyun idarəçiliyini verməyə hazırıq. Hakimlər ədalətin rəmzidir və onları qormaq lazımdır",-yazılıb.
Türkiyə Futbol Federasiyası isə bununla bağlı açıqlama verməyib.
Qeyd edək ki, türkiyəli hakimlər briqadası daha öncəki açıqlamalarında Super liqa oyunlarını idarə etməyəcəklərini bildirmişdilər.