Premyer Liqa klubunda yeni müqavilə
İngiltərə Premyer Liqasında mübarizə aparan "Fulhem" baş məşqçisi ilə yeni müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, komandası ilə müqavilənin müddətini 2026-cı ilin yayına qədər uzadan Marko Silva bu barədə klubun rəsmi saytına danışıb.
“Yeni müqavilə imzaladığım üçün çox şadam. Hər iki tərəfin xoşbəxt olması birlikdə işləməyə davam etmək üçün işarədir. Mənim burada işim hələ bitməyib" - deyə Marko Silva bildirib.
Qeyd edək ki, "Fulhem" İngiltərə çempionatında ilk onluqdan kənarda qalıb (13-cü yer).