Premyer Liqa klubunun prezidenti vəfat etdi

İngiltərə Premyer Liqasında mübarizə aparan "Everton" klubunun prezidenti Bill Kenrayt vəfat edib.

Sportline.az xəbər verir ki, Kenrayt 78 yaşında dünyasını dəyişib.

Bu hadisə ilə bağlı "Everton" açıqlama yayıb: “Everton" futbol klubu dünən gecə 78 yaşında, ailəsi və yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişən Bill Kenraytın vəfatından kədərlənir. Klub həm sədrini, həm rəhbərini, həm dostunu, həm də ilhamını itirib. "Everton"da hər kəsin duaları həyat yoldaşı, qızı, nəvələri və onu tanıyan və sevən hər kəsin yanındadır".