Premyer Liqa: "Sabah" və "Neftçi" qalib gəldi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.
Sportline.az xəbr verir ki, son oyun günüdə 2 görüş keçiriləcək.
Günün ilk matçında "Sabah" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 19 xalla 7-ci, qonaqlar 23 xalla 4-cü pillədə qərarlaşıb.
Tura "Neftçi" - "Turan Tovuz" görüşü ilə yekun vurulacaq. Paytaxt klubu 19 xalla 6-cı, bölgə təmsilçisi 15 xalla 8-ci sıradadır.
Azərbaycan Premyer Liqası
XVI tur
15:00. “Sabah” – “Səbail” 4-0
Qollar: Sofian Çakla, 8; 21; Jesse Sekidika, 28; Vinsent Til, 59;
Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bank Respublika Arena”
18:00. “Neftçi” – “Turan Tovuz” 3-2
Qollar: Filip Ozobiç, 5. Rəhman Hacıyev, 56. Aaron Olanare, 73 – Roderik Miller, 8. Otto Con, 59.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı (6:1), "Kəpəz" "Qəbələ"ni (3:0) səfərdə məğlub edib. "Zirə" - "Araz-Naxçıvan" matçında isə hesab açılmayıb.