Premyer Liqa: Tovuzda heç-heçə, "Zirə" ''Neftçi''dən üstün oldu

Bu gün Azərbaycan  Premyer Liqasında 30-cu tura yekun vurulub.

Sportline.az, xəbər verir ki, son gündə 2 matç baş tutub.

Öncə “Kəpəz” Tovuzda “Araz-Naxçıvan”la qarşılaşıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb. 

Ardından isə “Neftçi” ilə “Zirə”ni qəbul edib. "Ağ-qaralar" 2 top fərqi önə keçsələr də, "qartallar" ardıcıl 4 qol vuraraq möhtəşəm geridönüş ediblər.

Xatırladaq ki, daha öncə keçirilən oyunlarda “Səbail” “Qarabağ”a (1:4), “Sumqayıt” “Şamaxı”ya (1:2) uduzub. “Turan Tovuz” isə “Sabah”ı 2:1 hesabı ilə yenib.

Misli Premyer Liqası
30-cu tur
13 aprel

“Kəpəz”  “Araz-Naxçıvan” 0:0 

“Neftçi”  “Zirə” 2:4 

Qollar: Filip Ozobiç, 9. Edvin Kuç, 24 - Rafael Utziq, 43-pen, 75-pen. David Volkov, 61. Ceyhun Nuriyev, 77