PSJ Mbappe ilə bağlı qərar verib

PSJ Kilian Mbappeyə yeni müqavilə təklif etməyəcək.

Sportline.az xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, klub rəhbərliyi ümumiyyətlə ulduz futbolçularla müqavilələri uzatmayacaq.

Mbappe hazırkı müqavilənin şərtlərinə əsasən müddəti 2025-ci ilədək artırmasa, o, FİFA-nın qaydalarına görə 2024-cü ilin yanvarın 1-dən etibarən istənilən klubla danışıqlara başlaya bilər.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin iyununadəkdir.