"PSJ" Renato Sançeslə bağlı yekun qərarını verib
"PSJ" klubu portuqaliyalı futbolçu Renato Sançesin komandaya geri dönməsini istəmir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fransa klubu icarə əsasında "Roma"ya göndərdiyi 26 yaşlı yarımmüdafiəçi üçün gələn təklifləri dəyərləndirəcəyini bildirib.
Türkiyə nəhənglərindən olan "Beşiktaş" Reanto Sançes üçün təklif göndərməyə hazırlaşır.
Qeyd edəki ki, Reanto Sançes bu mövsüm "Roma" ilə cəmi 9 matçda meydana çıxıb və 1 qolla yadda qalıb.