Puyoldan Vinisiusa "qardaş məsləhəti"
Əfsanəvi futbolçu Karles Puyol Vinisius Junior barədə danışıb.
Sportline.az "Madrid Xtra"ya istinadla xəbər verir ki, "Barselona"nın sabiq futbolçusu "Real"ın üzvünün oyun səviyyəsini yüksək qiymətləndirib.
“O, əla oyunçudur, meydanda fərq qoyur, ona bütün stadionlarda heyran qalıram. Bir həmkar kimi onunla danışmaq və onun haqqında nə düşündüyümü söyləmək istərdim. Vinisius özünə münasibəti dəyişsəydi, daha çox tanınacaqdı”, - deyə Puyol bildirib.