Qakpo "Liverpul"dan ayrılır?
"Liverpul"un niderlandlı futbolçusu Kodi Qakpo mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Bavariya" Qakpo üçün "Liverpul"a 50 milyon avro ödəməyə hazırdır.
25 yaşlı yarımmüdafiəçinin Mersisayd klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Qakpo 2023-cü ilin yanvar ayında PSV-dən "Liverpul"a 42 milyon avro qarşılığında transfer olmuşdu.