"Qalatasaray" 18 yaşlı futbolçunun transferində maraqlıdır

"Qalatasaray" 18 yaşlı cinah müdafiəçisi Berkay Yılmazı heyətinə qatmaq istəyir. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" "Frayburq"un 2-ci komandasında forma geyinən gənc müdafiəçi üçün Almaniya klubu ilə danışıqlara başlayıb. 

"Frayburq" rəsmiləri futbolçun transferiylə bağlı "Qalatasaray"la görüşməyi qəbul edib. 

Qeyd edək ki, Berkay Yılmaz bu mövsüm çıxdığı 9 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.