"Qalatasaray" 22 yaşlı cinah müdafiəçisinin transferində maraqlıdır

"Qalatasaray" klubu 22 yaşlı cinah müdafiəçisi Rıdvan Yılmaz üçün yenidən təklif göndərəcək. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Beşiktaş" futbol akademiyasının yetirməsi olan Rıdvan Yılmaz çıxış etdiyi "Reyncers" klubunda əsas heyətdə yer ala bilmədiyi üçün komandadan ayrılmaq qərarına gəlib. 

Şotlandiya klubu futbolçu üçün 4 milyon avro tələb etsə də "Qalatasaray" Rıdvan Yılmazı icarə əsasında transfer etmək barədə düşünür. 

Qeyd edək ki, Rıdvan Yılmaz bu mövsüm "Reyncers" forması ilə çıxdığı 14 oyunda 1 qol,1 asistlə yadda qalıb.