"Qalatasaray" "Arsenal"ın futbolçusunu transfer etmək istəyir

"Qalatasaray" "Arsenal"ın ukraynalı futbolçusu Oleksander Zinçenkonu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, Zinçenko "Arsenal"dan ayrılmağa müsbət yanaşır.

28 yaşlı müdafiəçinin transfer qiyməti 20 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Zinçenko 2022-ci ilin yayında "Mançester Siti"dən "Arsenal"a 35 milyon avro qarşılığında transfer olmuşdu.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda  1 qol 1 asistlə yadda qalıb.

Xatırladaq ki, Zinçenkonun "Arsenal"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.