"Qalatasaray" azarkeşləri Okan Buruka qəzəbləniblər

"Qalatasaray" azarkeşləri baş məşqçi Okan Burukun oyunçu dəyişkliklərinin gec etməsi səbəbinən məğlub olduqlarını deyiblər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, ultrAslan azarkeş qrupu instaqram səhifəsində paylaşım edərək: "Kopenhagen" məğlubiyyəti qəbul edilməzdir. Biz Okan Burukdan daha çoxunu gözləyirdik. Komandanın heyəti ulduz futbolçulardan ibarət olsa da düzgün dəyərləndirə bilmədiniz. Avropa liqasında kubok bizim olmalıdır",-deyib.

Qeyd edək ki, "Kopenhagen"-"Qalatasaray" görüşü meydan sahbilərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Aktivində 5 xalı olan qalatasaray yoluna Avropa liqasında davam edir.