"Qalatasaray" derbi görüşünə itki ilə çıxacaq

"Qalatasaray"bu günki derbi görüşünə itki ilə çıxacaq.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki. "sarı-qırmızlar"ın heyətində Vilfred Zaha görüş öncəsi təlim məşq toplanışı zamanı zədələnib.

Klubun həkimləri futbolçunun sol ayaq biləyində burxulma olduğunu və bu gün komandaya kömək edə bilməyəcəyini deyiblər.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" görüşü Bakı vaxtı ilə 20:00-da start götürəcək.