"Qalatasaray" futbolçuları üçün sevindirici xəbər

"Qalatasaray" rəhbərliyi "Kopenhagen" görüşündə qələbə qazanılacağı təqdirdə futbolçulara mükafat verəcək.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar"ın rəhbərliyi Çempionlar liqasında növbəti mərhələyə adlayacaqları təqdirdə futbolçulara 300 min Türk lirəsi verəcəyini bildirib.

Bu mövsüm Çempionlar liqasına qatılaraq 31 milyon avro əldə edən "Qalatasaray" növbəti mərhələyə yüksələrsə daha 12 milyon avro qazanacaq. 

Qeyd edək ki, "Qalatasary" "Kopenhagen" görüşü növbəti mərhələyə yüksələn komandanın adına aydınlıq gətirəcək. Dekabrn 13-də keçiriləcək görüşün start fiti Bakı vaxtı gecə yarısı səslənəcək.