"Qalatasaray" mövsüm sonunda ulduz futboçu ilə yolları ayıracaq

"Qalatasaray" mövsüm sonunda ulduz futboçu ilə yolları ayıracağını açıqlayıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar" istədikləri performansı ala bilmədikləri üçün Vilfred Zahanı komandadan göndərmək qərarına gəliblər.

İstanbul nəhənginin rəsmiləri təcrübəli futbolçu üçün 5 milyon avro tələb edəcəklərini deyiblər.

Qeyd edək ki, Vilfred Zaha üçün İngiltərənin "Vest Hem Yunayted" , "Fulhem", "Everton" kimi klubları təklif göndəriblər.