"Qalatasaray" rəhbərliyinə bəd xəbər
"Barussiya Dortmund" "Qalatasaray"dan Salih Özcan üçün 20 milyon avro tələb edib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "sarı qırmızılar" türkiyəli futbolçunu qış transfer pəncərsəində heyətinə qatmaq istəsədə Almaniya klubunun tələbi yarımmüdafiəçinin keçidində problem yaradıb.
Salih Özcan "Qalatasaray" rəhbərliyinə "Barussiya Dortmund"da qalmaq istədiyini bildirib.
Qeyd edək ki, Salih Özcan bu mövsüm "Barussiya Dortmund" forması ilə 15 oyunda meydana çıxıb.