"Qalatasaray" sabiq ulduzunun izinə düşüb

Bu mövsüm çempionluğun astanasında olan "Qalatasaray" yeni sezonun da planlarını cızmaqdadır.

Sportline.az xəbər verir ki, klub rəhbərliyi bütün mövqelərə yeni futbolçular cəlb etməyi düşünür.

Transfer siyahısında olanlardan biri də komandanın sabiq oyunçusu Saşa Boeydir.

"Bavariya"dan ayrılacağı gündəmdə olan fransalı müdafiəçinin yenidən "Qalatasaray" forması geyinəcəyi gündəmdədir.

"Sky Sports"un məlumatına görə, istanbullular yay transfer dönəmində bu məqsədlə "Bavariya"nın qapısını döyəcəklər.