''Qalatasaray'' ulduz vingeri transfer edir
''Qalatasaray'' heyətini gücləndirməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, sarı-qırmızılıların yeni hədəfi İniaki Uiliyamsdır.
''Atletik Bilbao''da forma geyinən 30 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirmək istəyir.
Qeyd edək ki, futbolçu bu mövsüm 44 matçda 10 qol 9 məhsuldar ötürmə ilə yadda qalıb.