"Qalatasaray" yaponiyalı futbolçunu icarə əsasında transfer edəcək

"Qalatasaray" klubu yaponiyalı yarımmüdafiəçi Daiçi Kamadanı icarə əsasında transfer etmək istəyir. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Latsio" klubuna məxsus olan 27 yaşlı futbolçu Türkiyə Super liqasında çıxış etmək istədiyini bildirib. 

"Sarı-qırmızılar"ın baş məşqçisi Okan Burk da Kamadanın transferinə razılıq verib. İtaliya klubu yaponiyalı yarımmüdafiəçinin keçidinə icazə verəcəyini açıqlayıb. 

Qeyd edək ki, Daiçi Kamada bu mövsüm "Latsio" forması ilə çıxdığı 22 oyunda 1 qol, 1 asisitlə yadda qalıb.