"Qalatasaray"ın Fildişi Sahilindən olan futbolçusu klubdan ayrılacaq

"Qalatasaray"ın Fildişi Sahilindən olan futbolçusu klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, 31 yaşlı cinah hücumçusu Vilfred Zaha "sarı-qırmızlar"dan ayrılmaq qərarına gəlib.

Futbolçu ayrılıq səbəbinin komandadakı futbolçuların və rəhbərliyin ona qarşı hərəkətlərinin olduğunu bildirib. 

Qeyd edək ki, Vilfred Zaha bu mövsüm "Kristal Pelas" klubundan transfer olunmuşdu.