"Qalatasaray"ın futbolçusu millinin heyətindən çıxarılıb

"Qalatasaray"ın təcrübəli müdafiəçisi Viktor Nelsson Danimarka millisinin AVRO 2024 heyətindən kənarlaşdırılıb.

Sportline.az xəbər verir ki, buna səbəb futbolçunun millinin məşqində aldığı ağır zədə olub.

25 yaşlı müdafiəçi bu mövsüm Türkiyə klubu ilə çıxdığı 46 oyunda 2 qol vurub.

Qeyd edək ki, Danimarka millisi turnirdə İngiltərə, Serbiya və Sloveniya millisi ilə eyni qrupda mübarizə aparacaq.