"Qalatasaray"ın ulduzu zədələnib

Sabah Türkiyə kubokunda yarımfinal mərhələsi başlanır.

Sportline.az xəbər verir ki, yarışın favoriti "Qalatasaray" səfərdə "Konyaspor"la qarşılaşacaq.

Vacib oyun ərəfəsində istanbulluların düşərgəsində itki var.

"Milliyyət"in yaydığı məlumata görə, komandanın hücumçusu Alvaro Morata zədələnib.

Onun durumu haqqında bugünkü müayinələrdən sonra tam məlumat veriləcək.

Qeyd edək ki, "Konyaspor" - "Qalatasaray" matçı sabah Bakı vaxt ilə saat 21:30-da başlanacaq.