"Qalatasaray"ın yeni hədəfi
"Kopenhagen"lə görüşdə 0-1 hesabı ilə məğlub olan "Qalatasaray" heyətini gücləndirmə qərarına gəlib.
Sportline.az Fanatik.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" Tanquy Ndombeleni komandadan göndərmək və "Arsenal"da çıxış edən 30 yaşlı müdafiəçi Tomas Partini heyətinə qatmaq niyyətindədir.
Okan Buruk Ərdəm Timura qanalı futbolçunu istədiyini deyib. Hər iki kulub arasında danışıqların başlandığı bildirilib.
Qeyd edək ki, Tomas Parti bu mövsüm "Arsenal" forması ilə cəmi 5 oyunda meydana çıxıb.