Qalliani "Milan"la vidalaşır

İtaliyanın "Milan" klubunda struktur dəyişkiliyi davam edir. SportLine.az xəbər verir ki, klub çinli biznesmenlərə satıldıqdan sonra vitse-prezident Adriano Qalliani də postundan istefa verəcək.

Satışın yaxın günlərdə rəsmiləşəcəyinə görə, Qalliani də 30 illik "Milan" fəaliyyətinə son qoymağa hazırlaşır. Onu bu vəzifədə "İnter" sabiq meneceri Marko Fassone əvəzləyəcək.