"Qarabağ" "Səbail"ə qarşı
Azərbaycan Premyer Liqasının XXX turunun açılış oyununda "Qarabağ" "Səbail"lə qarşılaşacaq.
Sportline.az xəbər verir ki, bu gün “ASCO Arena”da keçiriləcək matçı Tural Qurbanov idarə edəcək.
Matçın start fiti saat 19:00-da səslənəcək.
"Qarabağ" bu tur ərəfəsində 70 xalla turnir cədvəlinin lideridir. 20 xala malik "Səbail" isə sonuncu yerdədir.
Azərbaycan Premyer Liqası
IV dövrə, XXX tur
11 aprel
19:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“ASCO Arena”
Qeyd edək ki, XXX turun görüşlərinə aprelin 13-də yekun vurulacaq.