“Qarabağ” “Dinamo”nu keçərsə… - “Pley off”dakı mümkün rəqiblər
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstanın SSKA klubuna penaltilər seriyasında uduzan “Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, Qurban Qurbanovun komandası Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq.
İlk oyun avqustun 6-da Ukrayna təmsilçisinin ev matçlarını keçirdiyi Polşanın Lyublin şəhərində, cavab görüşü isə avqustun 13-də Bakıda təşkil olunacaq.
Konfrans Liqasının pley-off mərhələsinin püşkatması isə bu oyunlardan əvvəl – avqustun 3-də keçiriləcək. haqqin.az saytı yazır ki, “Qarabağ”ın yüksək klub reytinqinə (42.750) görə “Dinamo” – “Qarabağ” cütü səpələnmişlər sırasında yer alacaq.
“Qarabağ” Kiyev klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə pley-offda bu komandalardan biri ilə qarşılaşa bilər:
“Hetafe” (İspaniya)
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cütləri:
“Riyeka” (Xorvatiya) – “İlves” (Finlandiya)
ÇFR (Kluj, Rumıniya) – “Tromsö” (Norveç)
HİK (Finlandiya) – “Moteruell” (Şotlandiya)
“Tvente” (Niderland) – DAK 1904 (Slovakiya)
RFS (Latviya) – “Yablonets” (Çexiya)
“Brann” (Norveç) – “Apollon” (Kipr)
“Jalgiris” (Litva) – “Hayduk” (Xorvatiya)
“Şkendiya” (Şimali Makedoniya) – “Hibernian” (Şotlandiya)
“Avstriya” (Avstriya) – “Beytar” (İsrail)
GKS (Katovitse, Polşa) – “Hapoel” (Tel-Əviv, İsrail)
“Vaduts” (Lixtenşteyn) – “İnter” (Finlandiya)
“Norşellann” (Danimarka) – “Valyur” (İslandiya)
“Auda” (Latviya) – “Dinamo” (Tirana, Albaniya)
Avropa Liqasının 3-cü təsnifat mərhələsində bu cütlüklərin məğlubları:
“Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya)
“Beşiktaş” (Türkiyə) – “Hradets-Kralove” (Çexiya)
“Ferensvaroş” (Macarıstan) – “Qurnik” (Polşa)
“Makkabi” (Tel-Əviv, İsrail) – SSKA (Bolqarıstan)
Beləliklə, püşkdən asılı olaraq “Qarabağ” pley-offda yenidən SSKA ilə qarşılaşa bilər.