"Qarabağ" - "Gent" oyununa hakim təyinatları
UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Gent" ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı İsveç Futbol Federasiyasından Mohammed Al-Hakim idarə edəcək. Ona həmyerliləri Fredrik Klyver və Robin Vilde köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək.
Bartosz Frankovsk (Polşa) VAR hakimi, Pavel Pskit (Polşa) isə onun köməkçisi olacaq.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək sözügedən görüş saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab oyunu fevralın 23-ü Belçikada oynanılacaq.