"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı

"Qarabağ" bu gün Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi Belçika klubu ilə bu dəfə səfərdə üz-üzə gəlib. Görüşün əsas vaxtında "Gent" 1 qol vuraraq ümumi hesabı bərabərləşdirdiyi üçün əlavə vaxt ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib.  Penaltilər seriyasında daha dəqiq olan Belçika təmsilçisi 5:4 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. "Qarabağ" isə turnirdə mübarizəni dayandırıb.

Bu komandalar arasında Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı.

Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunu

00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan) - 1:0 (Penaltilər seriyası  - 5:4)

Qol: Orban, 75

"Gent": + + + + +

"Qarabağ": + + + -

Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)

VAR: Devid Kut (İngiltərə)

Gent, "Gelamko Arena"

İlk oyun - 0:1.