"Qarabağ" - "Qalatasaray" görüşünə biletlər tükənir

Martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" görüşünə bilet satışı davam edir. 

"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadənin Sportline.az saytına verdiyi məlumata görə bu saatadək 50 minə yaxın bilet satılıb: "Çox güman ki, sabah artıq bütün biletlər sahibini tapacaq. Böyük maraqla gözlənilən xeyriyyə matçında anşlaq yaşanacağı ehtimalı böyükdür".

Qeyd edək ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Iticket.az"ın satış məntəqələrindən, klubun "Park Bulvar"da yerləşən fan-şopundan, eyni zamanda "Iticket.az"dan da əldə etmək olar.

Xeyriyyə matçından əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Banner