"Qarabağ"ın düşərgəsindən ən son məlumatlar

Sabah "Qarabağ" Belçikada Konfrans Liqasının pley-offunda "Gent"lə cavab oyununa çıxacaq. Bəs, görəsən, "Qarabağ"ın "Gent"ə səfəri necə keçib? Oyunla bağlı hansı yeniliklər var? Bu sualları "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə ünvanladıq.

Gündüz Abbaszadə Sportline.az-a verdiyi açıqlamada səfərin yorucu keçdiyini bildirsə də, hər şeyin qaydasında olduğunu vurğuladı.

"Qarabağ" ötən gün Belçikaya yollandı. Çox yorucu və uzun səfər oldu. Gentdə hava limanı olmadığı üçün Ostende şəhərinə endik. Sonradan Gentə gəldik. Artıq buradayıq. Bu gün Belçika vaxtı ilə 18:30-da Qurban Qurbanovla Ramil Şeydayev mətbuat konfransında iştirak edəcək. Daha sonra 19:00-da komandamızın məşqi başlanacaq və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Heyətə gəldikdə isə, xatırlatmaq istərdim ki, Kevin Medina cəza səbəbindən, Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov və Marko Yankoviç zədəyə görə "Gent"lə oyunu buraxmalı olacaq".