"Qarabağ"ın Konfrans Liqasındakı potensial rəqibi müəyyənləşdi
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionu Avropa Liqasında HİK (Finlandiya) məğlub olarsa, mübarizəni üçüncü dərəcəli turnirdə davam etdirəcək.
“Qarabağ” – HİK cütünün məğlubu aşağıdakı 5 cütdən birinə rəqib olacaq.
“Valmiera” (Litva) - “Partizani” (Albaniya) cütünün qalibi
“Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi
“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütünün qalibi
Avropa Liqasında “Jrinski” (Bosniya və Herseqovina) - “Breydablik” (İslandiya) cütünün məğlubu
Avropa Liqasında “Astana” (Qazaxıstan) - “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu
Qeyd edək ki, bu gün keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.