"Qarabağ"ın Konfrans Liqasının pley-offundakı rəqibi bilindi

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

Sportline.az xəbər verir ki, Qurban Qurbanovun komandası bu mərhələdə “Gent” (Belçika) ilə üz-üzə gələcək.

"Qarabağ" ilk oyunu fevralın 16-da evdə, cavab görüşünü isə fevralın 23-də səfərdə keçirəcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

Qarabağ (Azərbaycan) - Gent (Belçika)
Trabzonspor (Türkiyə) - Bazel (İsveçrə)
Latsio (İtaliya) - CFR (Rumıniya)
Bodo Qlimt (Norveç) - Lex (Polşa)
Braqa (Portuqaliya) - Fiorentina (İtaliya)
AEK (Larnaka, Kipr) - Dnepr-1 (Ukrayna)
Şerif (Moldova) - Partizan (Serbiya)
Ludoqorets (Bolqarıstan) - Anderlext (Belçika)