"Qarabağ"ın rəqibi belə qalib gəldi

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Sevilya" İspaniya La Liqasında növbəti qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, Əndəlis təmsilçisi, doğma meydanda "Real Sosyedad"a qalib gəlib - 3:2.

"Sevilya" – "Real Sosyedad" - 3:2
Qollar
: Nolito, 18. Okampos, 47, F.Vaskes, 80 – Oyarzabal, 4, Portu, 87

Bu qələbə ilə xal sayını 13-ə yüksəldən "Sevilya", 6-cı pillədə qərarlaşıb. "Real" 15 xalla 1-ci, "Qranada" 14 xalla 2-ci, "Atletiko" 14 xalla 3-cü yerdədir.