"Qarabağ"ın rəqibi dayana bilmir...
"Bayer" Bundesliqanın 9-cu turunun matçında evdə "Frayburq"a qalib gəlib - 2:1.
Sportline.az xəbər verir ki, meydan sahiblərindən Florian Virtz fərqlənib. Qonaqlardan Nuh Atubolu avtoqolla yadda qalıb. Qonaqların yeganə qolunu 70-ci dəqiqədə Manuel Qulde vurub.
"Bayer" 25 xalla Bundesliqada birinci yerə qayıdıb. "Frayburq" (13 xal) turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.