"Qarabağ"ın rəqibində ciddi itki

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent”in kapitanı Vadis Ocica-Ofoe komandamızla oyunları buraxa bilər.

Sportline.az xəbər verir ki, 34 yaşlı futbolçu sıradan çıxıb.

O, Yupilyer Liqanın 20-ci turunda “Kortreyk”lə görüşdə (2:1) zədələnib. Matçın 16-cı dəqiqəsində əvəzlənən Belçika millisinin sabiq yarımmüdafiəçisi dizindən əməliyyat olunub. 

Qeyd edək ki, “Qarabağ” “Gent”lə ilk görüşünü fevralın 16-da Bakıda, cavab oyununu 1 həftə sonra Belçikada keçirəcək.