"Qarabağ"la ilk oyunu buraxacaq

Belçika "Gent"inin futbolçusu Kamil Pyontkovski Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk oyunu buraxacaq.

Sportline.az Belçika mətbuatına istinadən xəbər verir ki, buna səbəb polşalı müdafiəçinin ölkə çempionatının 25-ci turunda "Vesterlo" ilə matçda (3:3) zədələnməsidir. O, Ağdam təmsilçisi ilə görüşə kimi bərpa olunmayacaq.

Qeyd edək ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.