"Qəbələ" - "Araz-Naxçıvan"a qalib gəldi

"Qəbələ" və "Araz-Naxçıvan" komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Sportline.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda keçirilib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

14-cü dəqiqədə Əyyub Allaş, 57-ci dəqiqədə Samuel Tette fərqlənib.

Qeyd edək ki, "Qəbələ" daha əvvəl "Kəpəz"ə, "Araz-Naxçıvan" isə "Zirə"yə 1:2 hesabı ilə uduzub.