"Qəbələ" "Araz Naxçıvan"a uduzdu
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçirilib. "Qəbələ" evdə "Araz-Naxçıvan"ı qəbul edib. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin iki futbolçusu oyunda qırmızı vərəqə alıb.
Azər Bağırovun komandası bu qələbən sonra xallarını 17-ə çatdırıb və "Neftçi"ni qabaqlayaraq 4-cü pilləyə yüksəlib. 3-cü pillədə olan "Səbail"in də 17 xalı var.
Qeyd edək ki, turun digər oyunları 20-21 oktyabr tarixlərində keçirilib.
22 oktyabr (bazar)
Azərbaycan Premyer Liqası, 10-cu tur
16:30. “Qəbələ”– “Araz-Naxçıvan” - 1:4
Qollar: Turan Manafov, 32 (0:1), Samuel Tetteh, 37 (1:1), Muhammed Kadiri, 45 (1:2), Elvis Maşike, 69 (1:3), Miço Kuzmanoviç, 71 (1:4)
Qırmızı vərəqələr: İlkin Qırtımov, 28-birbaşa qırmızı vərəqə, ("Qəbələ"), Osama Xalayla, 59-ikinci sarı vərəqə ("Qəbələ")
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev
Qəbələ şəhər stadionu
21 oktyabr (şənbə)
“Sabah” – “Sumqayıt” - 3:1
“Kəpəz” – “Zirə” - 0:0
20 oktyabr (cümə)
“Səbail” – “Neftçi” - 2:4
“Turan Tovuz” – “Qarabağ” - 2:2
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Zirə | 10 | 6 | 2 | 2 | 9-5 | 20 |
| 2 | Qarabağ | 10 | 6 | 2 | 2 | 20-8 | 20 |
| 3 | Səbail | 10 | 5 | 2 | 3 | 17-15 | 17 |
| 4 | Araz-Naxçıvan | 10 | 5 | 2 | 3 | 13-10 | 17 |
| 5 | Neftçi | 10 | 4 | 3 | 3 | 11-9 | 15 |
| 6 | Turan Tovuz | 10 | 3 | 3 | 4 | 14-13 | 12 |
| 7 | Sumqayıt | 9 | 3 | 2 | 4 | 9-13 | 11 |
| 8 | Sabah | 9 | 2 | 4 | 3 | 14-13 | 10 |
| 9 | Qəbələ | 10 | 2 | 1 | 7 | 7-20 | 7 |
| 10 | Kəpəz | 10 | 1 | 3 | 6 | 5-13 | 6 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 7 qol
Aleksandr Ramalinqom ("Səbail") - 5 qol
Abdullah Zubir ("Qarabağ") - 3 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 3 qol
Martin Petkov ("Turan Tovuz") - 3 qol
Belajdi Pusi ("Turan Tovuz") - 3 qol
Osama Xalayla ("Qəbələ") - 3 qol
Yusif Nəbiyev ("Səbail") - 3 qol
Hamidu Keyta ("Qarabağ") - 3 qol
Qismət Alıyev ("Zirə") - 3 qol
Anatoli Nuriyev ("Sabah") - 3 qol
Yuri Matias ("Neftçi") - 3 qol