"Qəbələ" cavab oyununa çıxır
Bu gün “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, "qırmızı-qaralar" 1-ci mərhələnin cavab matçında Macarıstanın “Puşkaş Akademiya” komandasının qonağı olacaq.
Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Komandalar arasında Qəbələdə keçirilən görüşdə 1:1 hesabı qeydə alınıb.
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.
25 oktyabr
UEFA Gənclər Liqası
Çempionlar yolu, 1-ci mərhələnin cavab oyunu
18:00. “Puşkaş Akademiya” (Macarıstan) - “Qəbələ” (Azərbaycan)
Baş hakim: Mohammad Usman Aslam
İlk oyun - 1:1