"Qəbələ" "Omoniya"ya uduzdu

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən "Qəbələ" də mübarizəyə başlayıb.

Elmar Baxşıyevin komandası öz meydanında Kipr təmsilçisi "Omoniya"nı qəbul edib və 2:3 hesabı ilə məğlub olub.

Komandalar arasında cavab oyunu isə avqustun 3-də Kiprdə keçiriləcək.

27 iyul

Konfrans Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

20:00. "Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr) - 2:3

Qol: Əyyub Allaş, 4 (1:0), Roman Bezus, 45+1 (1:1), 50 (1:2), Əyyub Allaş, 62 (2:2), Roman Bezus, 82-pen. (2:3)

Baş hakim: Andrey Kivuleta (Rumıniya)

Qəbələ şəhər stadionu