"Qəbələ" "Omoniya"ya uduzdu

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Qəbələ" də bu gün meydana çıxıb.

"Qırmızı-qaralar" səfərdə "Omoniya" ilə qarşılaşır. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Qəbələdəki görüşdə 3:2 hesabı ilə qalib gəldiyindən Kipr klubu bir qədər üstünlüyə malikdir.

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə "Midtulland" (Danimarka) - "Proqres"i (Lüksemburq) cütünün güclüsü ilə qarşılaşacaq.

3 avqust

Konfrans Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00 "Omoniya" (Kipr) - "Qəbələ" (Azərbaycan) - 4:1

Qol: Roman Bezus, 5 (1:0), 29-pen. (2:0), Adam Lanq, 39 (3:0), Ahmed Ayzaya, 56 (3:1), Villi Semedo, 59 (4:1)

Baş hakim - Adam Ladebek (İsveç).

İlk oyun - 3:2

Nikosiya, GSP stadionu.