"Qızıl top"un sahibi vəfat etdi
İngiltərə millisi ilə dünya çempionu olan Bobbi Çarlton vəfat edib.
Sportline.az xəbər verir ki, 1966-cı ildə "Qızıl top" qazanan əfsanəvi futbolçu 86 yaşında həyata "əlvida" deyib.
Çarlton "Mançester Yunayted"in heyətində 17 il forma geyinib. Bu müddətdə futbolçu 758 oyun keçirib və 249 qol la yadda qalıb.