"Qranada" kubokdan uzaqlaşdırıldı
İspaniyanın "Qranada" klubu Kral Kubokundan uzaqlaşıdrılıb.
Sportline.az "Marca"ya istinadla xəbər verir ki, kubokun ilk turunda aşağı liqa təmsilçisi “Arosa”nı 3 cavsabsız qolla məğlub edən “Qranada”ya texniki məğlubiyyət verilib.
Buna səbəb "Qranada"nın əvəzedici komandasının qapıçısı Adrian Lopezin qeyri-peşəkar futbolçu olduğu halda meydana çıxmasıdır.
Belə ki, ölkə kubokunun reqlamentinə görə, komandalar 23 yaşdan yuxarı olmayan ehtiyat komanda oyunçularını buraxmaq hüququna malikdir. Lopezin isə 24 yaşı var imiş.